Hindistanda daşqınlar nəticəsində 30 nəfər itkin düşüb
Hindistanın Sikkim əyalətində yağışların səbəb olduğu sel fəlakətində ilkin məlumatlara görə 23-ü əsgər olmaqla 30 nəfər itkin düşüb.

Hindistanın Sikkim əyalətində yağışların səbəb olduğu sel fəlakətində ilkin məlumatlara görə 23-ü əsgər olmaqla 30 nəfər itkin düşüb.
"Hindustan Times" qəzetinin məlumatına görə, Sikkim Dövlət Fəlakət İdarəetmə İdarəsinin baş direktoru Prabhakar Rai qeyd edib ki, Lachen bölgəsində suyun səviyyəsi qəfil qalxıb və daşqınlar baş verib.
Rai bildirib ki, ilkin məlumatlara görə, 7 nəfər itkin düşüb.
Ordudan verilən açıqlamada bölgədəki hərbi qurumda olan 23 hərbçinin seldə itdiyi bildirilib.
Digər tərəfdən, Banqladeşdə bəzi bölgələr üçün daşqın xəbərdarlığının edildiyi qeyd edilib.
Daşqının "buzlaq gölün daşması" səbəbindən baş verdiyini düşünən səlahiyyətlilər məsələni araşdırır.
Әlaqәli Xәbәrlәr

TİKA Əfqanıstanda qadınlar üçün sex açdı
Bu barədə TİKA-nın Heratdakı ofisindən verilən açıqlamada bildirilib.