“Agentlik tamamilə ABŞ-a xidmət edən bir quruma çevrilib”

Şimali Koreyanın Nüvə Enerjisi Nazirliyindən verilən açıqlamada bildirilir ...

2045234
“Agentlik tamamilə ABŞ-a xidmət edən bir quruma çevrilib”

 

  Şimali Koreya şiddətlə qınadığı Beynəlxalq Atom Enerjisi Agentliyini (UAEA) nüvə proqramlarına qarşı uydurma qərarlar verdiyini əsas gətirərək onu “ABŞ-ın sözçüsü” olmaqda ittiham edib.

  Şimali Koreyanın Nüvə Enerjisi Nazirliyi agentliyin baş assambleyasının 67-ci iclasında rəsmi Pxenyanın nüvə fəaliyyətlərinə qarşı qəbul edilən qərarı tənqid edib.

  Nazirlikdən verilən açıqlamada bildirilir: “Beynəlxalq Atom Enerjisi Agentliyi öz neytrallığını qorumaq missiyasından uzaqlaşıb və tamamilə ABŞ-a xidmət edən bir quruma çevrilib.

  Şimali Koreya 1990-cı illərin əvvəllərində Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxıb. Onun rəsmi Pxenyanı tənqid etmək üçün səlahiyyət və əsasları yoxdur.

  Nə qədər ki ABŞ və imperialist dövlətlərin nüvə silahları bu torpaqlarda var, Şimali Koreya nüvə silahı dövləti olmaqdan əl çəkməyəcək və heç vaxt düşmənlərinin əks hərəkətlərinə dözməyəcək”.

  Xatırladaq ki, Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin 67-ci baş assambleyasında üzv dövlətlər Şimali Koreyanı nüvə silahı proqramını dayandırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul ediblər.



Әlaqәli Xәbәrlәr