BMT nümayəndələri Qarabağa səfər edəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan hökumətinin dəvəti ilə Qarabağa nümayəndə heyəti göndərəcəyini açıqlayıb.

2044335
BMT nümayəndələri Qarabağa səfər edəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan hökumətinin dəvəti ilə Qarabağa nümayəndə heyəti göndərəcəyini açıqlayıb.
BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında  jurnalistlərin suallarını cavablandırıb.
Həftə sonu BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən bir nümayəndə heyətinin bölgəyə gedəcəyini bildirən Stefan Dujarrik nümayəndə heyətinin bölgədəki vəziyyəti qiymətləndirəcəyini bildirib.

Stefan Dujarrik bildirib ki, bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq.
Stefan Dujarrik əsas məqsədin humanitar ehtiyacları müəyyən etmək olduğunu bildirib və bütün tərəflərin beynəlxalq və humanitar hüquqa hörmət etməsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr