Aleksandr Vuçiç və Entoni Blinken arasında telefon danışığı olub

Serbiya prezidenti Aleksandr Vuçiç və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

2044343
Aleksandr Vuçiç və Entoni Blinken arasında telefon danışığı olub

Serbiya prezidenti Aleksandr Vuçiç və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Telefon danışığından sonra jurnalistlərə açıqlama verən Aleksand Vuçiç deyib: "Görüşümüz asan keçmədi". O, görüşdə 24 sentyabrda Kosovonun şimalında baş verənlərə toxunduqlarını qeyd edib.
Blinkenlə Kosovonun şimalında gərginliyin azaldılması mövzusunda razılaşdıqlarını ifadə edən Aleksandr Vuçiç ölkəsinin NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) bölgədə mövcudluğunu dəstəkləməyə davam edəcəyini bildirib.
Aleksandr Vuçiç deyib: "Blinken lazımi şəkildə davranılmayacağı təqdirdə Serbiyaya qarşı mümkün sanksiyalardan danışdı. Ona ABŞ-ın böyük və qüdrətli bir ölkə olduğunu söylədim. Buna qarşı olduğumu bildirdim".



Әlaqәli Xәbәrlәr