Mərkəzi Aralıq dənizi marşrutu ən təhlükəli miqrasiya marşrutudur

Beynəlxalq Miqrasiya Təşkilatı: "Mərkəzi Aralıq dənizi marşrutu ən təhlükəli miqrasiya marşrutu olaraq qalır".

2043782
Mərkəzi Aralıq dənizi marşrutu ən təhlükəli miqrasiya marşrutudur

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) direktoru Par Liljert bildirib ki, son vaxtlar yeni miqrasiya marşrutları yaransa da, ən təhlükəli marşrut Mərkəzi Aralıq dənizi olmaqda davam edir.
Liljert Rusiyanın tələbi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında keçirilən miqrasiya sessiyasında çıxış edib.

Dünya miqyasında həyatını itirən və itən miqrantların şok edici sayından xəbərdar olduqlarını ifadə edən Liljert cari il 187 min insanın Aralıq dənizindən "daha yaxşı gələcək və təhlükəsizlik" üçün keçdiyini bildirib.

Liljert qeyd edib ki, eyni dövrdə Beynəlxalq Miqrasiya Təşkilatı 2788 ölüm hadisəsi qeydə alıb, onlardan 2093-ü Mərkəzi Aralıq dənizi marşrutunda baş verib.

O deyib ki, başqa miqrasiya yolları yaxın vaxtlarda ortaya çıxsa da, ən təhlükəli marşrut Mərkəzi Aralıq dənizi olaraq qalır”. 
Liljert əsas diqqətinin dənizlər olduğunu, lakin Sahara səhrasında faciəli ölümlərin də olduğunu bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Nyu-York direktoru Ruven Menikdivela isə, İtaliyanın Lampeduza adasındakı vəziyyətin təşviş yaratdığını söyləyib.

Menikdivela adanın kiçik bir yer, tutumunun da məhdud olduğunu, sahə üzrə səlahiyyətlilərə dəstək olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr