Mərakeşdə həyatını itirənlərin sayı üç minə yaxınlaşdı
Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş kabinet iclasından sonra mətbuata verdiyi açıqlamada bildirib ...

Mərakeşdə sentyabrın 8-nə keçən gecə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2960-a yüksəlib.
Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş kabinet iclasından sonra mətbuata verdiyi açıqlamada bildirib: “Zəlzələdə ölənlərin sayı 2960-a yüksəlib.
Dağılmış evlərin müəyyənləşdirilməsi davam edir.
Hökumət zərər çəkən evlərin hesablanmasını oktyabrda başa çatdıracaq. Bu aydan isə bir il boyu zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2500 dirhəm (250 dollar) veriləcək”.
Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə episentri Huz bölgəsi olan 7 bal gücündə zəlzələ baş verib. Əhalisinin üçdə ikisinə bərabər olan 2,8 milyon adam zəlzələdən zərər çəkib, dağılan evlərin təxmini sayı 60 mindir.
Әlaqәli Xәbәrlәr

Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq öldürülür
Ümumdünya Səhiyyə Təşkilatının Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Peperkorn bildirib ...