"ABŞ Fərat çayının şərqində kürd yarımdövləti qurur və …” S.Lavrov

Tunisin xarici işlər naziri Nabil Əmmarla görüşündən sonra keçirilən birgə mətbuat konfransındakı çıxışında S.Lavrov bildirib ...

2043085
"ABŞ Fərat çayının şərqində kürd yarımdövləti qurur və …” S.Lavrov

 

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının "Fərat çayının şərqində kürd yarımdövləti qurduğunu və Suriya nefti və taxılını qaçaqmalçılıq yolu ilə daşıdığını" deyib.

  Tunisin xarici işlər naziri Nabil Əmmarla görüşündən sonra keçirilən birgə mətbuat konfransındakı çıxışında S.Lavrov bildirib: “Suriya məsələsində Astana formatı çərçivəsində Türkiyə və İranla çalışırdıq. Qərbin sanksiyaları səbəbindən Suriya iqtisadiyyatında ciddi problemlər davam edir. ABŞ-ın Fərat çayının şərqindəki hərəkətləri də iqtisadiyyata mənfi təsir göstərir. Burada Amerika Suriya neftini və taxılını qaçaqmalçılıq yolu ilə daşımaqla məşğuldur, eyni zamanda, kürd yarımdövləti yaradır”.



Әlaqәli Xәbәrlәr