Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Belqorod və Kursk vilayətlərinə hücum cəhdinin qarşısının alındığını açıqlayıb.

2042214
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
ukrayna odessa izmail limani.jpg
rusya karadeniz filosu komutani viktor sokolov.jpg

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Belqorod və Kursk vilayətlərinə hücum cəhdinin qarşısının alındığını açıqlayıb.

Nazirlikdən verilən bəyanatda Ukraynanın gecə radələrində  Rusiya ərazisindəki obyektlərə pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd etdiyi bildirilib.

Bəyanatda  Ukraynaya məxsus 7 PUA-nın Belqorod vilayəti üzərində, 4 PUA-nın isə Kursk vilayətinin hava məkanında məhv edildiyi vurğulanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən bəyanatda Rusiyanın gecə saatlarında “Şahed” tipli PUA-larla Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

Bəyanatda bildirilib ki, Rusiya ordusu cənub-şərq istiqamətindən 38 PUA-nı havaya qaldırıb. 26 “Şahed” PUA-sı məhv edilib.

Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper də etdiyi paylaşımda Rusiyanın gecə saatlarında PUA-larla Odessaya hücum etdiyini bildirib.

Oleq Kiper PUA-ların əksəriyyətinin vurulduğuna diqqət çəkib.

“Təəssüf ki, İzmail rayonundakı liman infrastrukturuna ziyan dəyib, 2 nəfər yaralanıb”,-deyə Oleq Kiper vurğulayıb.

Oleq Kiper qeyd edib ki, hücum zamanı nəzarət-buraxılış məntəqəsi binasına və anbarlara ziyan dəyib, təxminən 30 yük maşını və 6 TIR yanıb. Yanğın söndürülüb.



Әlaqәli Xәbәrlәr