Fransa və İtaliyanın XİN rəhbərləri birgə mətbuat konfransında çıxış ediblər

Fransanın xarici işlər naziri Ketrin Kolonna və İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani miqrasiya məsələsini müzakirə etmək üçün Fransanın paytaxtı Parisdə görüşüblər.

2042104

Ketrin Kolonna və Antonio Tajani ikitərəfli görüşdən əvvəl birgə mətbuat konfransı keçiriblər.
Miqrasiya məsələsini də müzakirə edəcəklərini bildirən Ketrin Kolonna deyib:“Biz miqrant axınına qarşı İtaliya ilə tam həmrəyik”. 
K.Kolonna miqrasiya probleminin Avropa səviyyəsində əməkdaşlıq yolu ilə həll olunacağına diqqət çəkərək deyib: ''Bu sayədə əsas və tranzit ölkələrlə daha güclü əməkdaşlıq etməyi hədəfləyirik''.
Fransalı nazir vurğulayıb ki, insan qaçaqmalçılarına qarşı mübarizə aparmaq lazımdır.
Antonio Tajani də öz növbəsində İtaliyanın miqrasiya məsələsində Fransa ilə işləməyə hazır olduğunu bildirib.
“Afrika qitəsi və Yaxın Şərqdəki qeyri-sabitliyi nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə miqrasiya məsələsinə müdaxilə edilməlidir deyə düşünürük'',-deyə Antonio Tijani vurğulayıb.
İtaliyalı nazir həmçinin bildirib ki, miqrantların çarəsizliyindən istifadə edən cinayətkarlarla da mübarizə aparılmalıdır.

Әlaqәli Xәbәrlәr