Bu il Nigeriyada vəbadan ölənlərin sayı açıqlandı

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada son bir ayda ölkənin 23 əyalətində 201 vəbaya yoluxma faktının qeydə alındığı bildirilib.

2042074
Bu il Nigeriyada vəbadan ölənlərin sayı açıqlandı

Qərbi Afrika ölkəsi Nigeriyada bu il vəba epidemiyasında həyatını itirənlərin sayı 94 nəfərə yüksəlib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada son bir ayda ölkənin 23 əyalətində 201 vəbaya yoluxma faktının qeydə alındığı bildirilib.
Yanvar ayından bu yana ölkədə 2860 vəbaya yoluxma faktı qeydə alınıb, xəstəlikdən ölənlərin sayı isə 94 nəfərə çatıb.
Vəba — ''Vibrio''  adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Vəba xəstəliyində ölüm halları yüksəkdir.
Nigeriyada təmiz suyun  və effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır.
Ölkədə malyariya, poliomielit, tif və meymun çiçəyi kimi yoluxucu xəstəliklərə də tez-tez rast gəlinir.



Әlaqәli Xәbәrlәr