Nigeriyada "Boko Haram"ın hücumu nəticəsində 10 nəfər həlak olub

Hücumda 10 nəfər həyatını itirib, 9 nəfər isə oğurlanıb.

2041530
Nigeriyada "Boko Haram"ın hücumu nəticəsində 10 nəfər həlak olub

"Boko Haram" terror təşkilatının Nigeriyanın şimal-şərqində həyata keçirdiyi hücum nəticəsində 10 nəfər həyatını itirib.
“Punch” qəzetinin xəbərinə görə, terror təşkilatı “Boko Haram” üzvləri Borno əyalətinin Mafa bölgəsində tarla işçilərinə hücum edib.

Hücumda 10 nəfər həyatını itirib, 9 nəfər isə oğurlanıb.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan "Boko Haram"ın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.



Әlaqәli Xәbәrlәr