Entoni Blinken Azərbaycanın Qarabağ bölgəsində yaşanan son olayları qiymətləndirib

ABŞ dövlət katibi Entoni Blinken deyib: "Söhbət suverenlik, ərazi bütövlüyü və müstəqillikdən gedirsə, biz bu məsələlərin arxasındayıq''.

2041165
Entoni Blinken Azərbaycanın Qarabağ bölgəsində yaşanan son olayları qiymətləndirib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü mövzusundakı mövqeyi ilə bağlı deyib:
“Söhbət suverenlik, ərazi bütövlüyü və müstəqillikdən gedirsə, biz hər kəsin adından bu məsələlərin arxasındayıq”.
Nyu Yorkdakı Lotte Palace otelində keçirilən mətbuat konfransında çıxış edən Entoni Blinken jurnalistin: “Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında ABŞ-ın Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini çatdırdınız. Eyni şəkildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək haqqını tanıyır və dəstəkləyirsinizmi?  şəklindəki sualını cavablandırıb.

Entoni Blinken bu həftə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxladığını, telefon danışıqlarında bu həftə bölgədə yaşanan proseslərlə bağlı narahatlıqlarını ifadə etdiklərini bildirib.

Entoni Blinken ədalətli və davamlı sülhün hər iki ölkəyə böyük fayda verəcəyini bildirib.
Entoni Blinken məsələ ilə bağlı tərəflər və Avropa İttifaqı ilə sıx təmasda olduqlarını açıqlayıb. Azərbaycan ilə Qarabağdakı ermənilərin nümayəndələri arasında son 24 saat ərzində keçirilən görüşlərə diqqət çəkən Entoni Blinken danışıqların və diplomatiyanın vacibliyinə işarə edib.
ABŞ dövlət katibi Entoni Blinken deyib: "Söhbət suverenlik, ərazi bütövlüyü və müstəqillikdən gedirsə, biz bu məsələlərin arxasındayıq''.



Әlaqәli Xәbәrlәr