BMT TŞ-nin Qarabağa həsr olunmuş iclasında heç bir sənəd qəbul olunmayıb

BMT Təhlükəsizlik Şurasının Fransanın təşəbbüsü ilə keçirilən Qarabağa həsr olunmuş iclası başa çatıb.

2040663
BMT TŞ-nin Qarabağa həsr olunmuş iclasında heç bir sənəd qəbul olunmayıb

BMT Təhlükəsizlik Şurasının Fransanın təşəbbüsü ilə keçirilən Qarabağa həsr olunmuş iclası başa çatıb.

İclasda heç bir sənəd qəbul olunmayıb.

Toplantıda iştirak edən ölkə təmsilçiləri deklarativ çıxışlarla kifayətləniblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəsinin haqlı mövqeyini fakt və sübutlarla iclas iştirakçılarının diqqətinə çatdırıb.

Türkiyenin BMT-dəki nümayəndəsi Burak Akçapar isə deyib ki, Ermənistanın son 3 ildəki fəaliyyətindən sonra Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağdakı qanunsuz silahlı qüvvələrə qarşı antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı. Bu, Azərbaycanın suveren hüquqları və vətəndaşlarının təhlükəsizliyi üçün atmalı olduğu addım idi.

Türkiyenin Azərbaycan rəsmiləri ilə Qarabağ erməni əhalisinin nümayəndələri arasında aparılan danışıqları alqışladığını deyən diplomat danışıqların məhsuldar davam edəcəyinə ümid etdiyini qeyd edib:

“Biz Ermənistandan verdiyi vədlərə əməl edəcəyini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Ermənistan və digər əlaqədar tərəfləri fürsəti əldən verməməyə çağırırıq. Türkiyə iki ölkə arasında sülh prosesini əvvəldən dəstəkləyir və buna görə də Ermənistanla normallaşma prosesinə başlayıb”.

Toplantı Ermənistanın və havadarlarının gözləntilərinin əksinə olaraq heç bir sənəd qəbul olunmadan başa çatıb.

Birləşmiş Millətlər Təşkilatının Siyasi Məsələlər Bölməsinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə baş katibinin müavini Miroslav Yenca da BMT-nin meydanda olmadığını xatırladıb.

BMT-nin Baş katibi Antonio Quterreşin gərginlikdən dərin narahat olduğunu bildirən Yenca BMT-nin mötədilliyə çağırdığını bildirib.

Yenca əməliyyatın başa çatması ilə bağlı elanın qeyd edildiyini və BMT-nin bütün aktorlarla sıx əlaqədə olduğunu və sülh səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib.

 



Әlaqәli Xәbәrlәr