Prezidentliyə dördüncü dəfə namizədliyini verəcəyini açıqladı

Fransanın "Jeune Afrique" jurnalına verdiyi müsahibədə gələn il keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını söyləyən Kaqame bunun Qərb ölkələri tərəfindən necə qarşılanacağı ilə bağlı suala belə cavab verib ...

2040121
Prezidentliyə dördüncü dəfə namizədliyini verəcəyini açıqladı

 

  Ruanda prezidenti Paul Kaqame 2024-cü il seçkilərində dördüncü dəfə namizəd olacağını bildirib.

  Fransanın "Jeune Afrique" jurnalına verdiyi müsahibədə gələn il keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını söyləyən Kaqame bunun Qərb ölkələri tərəfindən necə qarşılanacağı ilə bağlı suala belə cavab verib: “Qərb bağışlasın, amma onların nə düşündüyü mənim problemim deyil. Mənə Ruandalılar güvənir. Bu etimada sevinirəm. Bacardığım qədər onlara xidmət edəcəyəm".

  Xatırladaq ki, 2023-cü ilin aprel ayında Paul Kaqame 23 illik vəzifəsindən sonra təqaüdə çıxacağını, hakimiyyəti təhvil verməyi səbirsizliklə gözlədiyini, hətta təqaüdə çıxmasının labüd olduğunu, ölkəyə rəhbərlik edə biləcək insanların meydana çıxmasını təmin edəcək mühitlər yaratmağa çalışdığını demişdi.

  P.Kaqame 1998-ci ildən Ruanda Vətənpərvər Cəbhəsi Partiyasının sədridir.

  2015-ci ildə Ruandada keçirilən mübahisəli referendumda prezidentlər üçün iki müddətə qoyulan konstitusiya məhdudiyyəti ləğv edilib.



Әlaqәli Xәbәrlәr