“Birqütblü hegemonluğa müqavimət göstərməyə çağırıram”, V.Putin

Çin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə ...

2040419
“Birqütblü hegemonluğa müqavimət göstərməyə çağırıram”, V.Putin

 

  ABŞ başda olmaqla, G7 ölkələrinin Ukraynadakı müharibəyə görə rəsmi Moskvaya təzyiqlərini artırdığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin Çini birqütblü hegemonluğa müqavimət göstərməyə çağırıb.

  Rusiya başçısı Sankt-Peterburqda Çin-Rusiya strateji təhlükəsizlik məsləhətləşmələri üçün ölkəsinə səfər edən Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

  Çin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, V.Putin görüş zamanı birqütblü hegemonluğa və tərəflərarası qarşıdurmaya müqavimət göstərməyə çağırıb və strateji əməkdaşlığın dərinləşdirilməsi mesajını verib.

  Putin bəyan edib ki, Rusiya Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir, onu pozmaq və ləkələmək cəhdlərinə qarşı çıxır.

  Çinin xarici işlər naziri Vanq Yi Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq dünyada inkişafı və tərəqqini təşviq etmək üçün məsuliyyət daşıdığına diqqət çəkərək deyib: “Biz çoxtərəfli strateji koordinasiyanı qorumalı, iki ölkənin qanuni hüquq və maraqlarını saxlamalı, beynəlxalq nizamı daha ədalətli və rasional istiqamətə yönəltməyə çalışmalıyıq.

  Çin tərəfi bildirib ki, Putin Rusiya-Ukrayna problemini dialoq və danışıqlar yolu ilə həll etmək istəyir.

  Çin xarici işlər nazirinin Rusiya səfəri və Vladimir Putinlə görüşü Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı bir araya gələn G-7 xarici işlər nazirlərinin Moskvanı Rusiya-Ukrayna müharibəsini ortaq şəkildə bitirməyə çağırmasına səbəb oldu. ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa, İtaliya və Yaponiyadan ibarət G-7 ölkələrinin xarici işlər nazirləri sentyabrın 18-də birgə bəyanat verərək Rusiyadan bütün əsgərlərini və hərbi texnikasını dərhal və qeyd-şərtsiz Ukraynadan çıxarmağı tələb etdilər.



Әlaqәli Xәbәrlәr