Zelenski BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edib

Zelenski Ukraynanın daha əvvəl nüvə silahından təmizləndiyini bildirib

2039892
Zelenski BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edib

Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 78-ci Baş Assambleyasında çıxışında 2022-ci ilin fevralından Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı açıqlamalar verib.

Ukraynanın daha əvvəl nüvə silahından təmizləndiyini xatırladan Zelenski deyib:

"1990-cı illərdə Rusiya nüvə silahlardan təmizlənməli idi. Tarix bunu bizə göstərir. Rusiya hazırda da nüvə silahlardan təmizlənməyi haqq edir. Terrorçuların nüvə silahına sahib olmaq hüququ yoxdur".

Rusiyanın Ukraynaya və bütün dünyaya qarşı müxtəlif silahlardan istifadə etdiyini deyən Zelenski müharibə başlayandan sonra Rusiyanın Qara dəniz və Azov dənizindəki Ukrayna limanlarını bağladığına, Dunay çayı üzərindəki limanlara hücumlar təşkil etdiyinə diqqət çəkib.

"Bu, Rusiyanın zəbt etdiyi ərazilərin hamısının olmasa da, bəzilərinin tanınması müqabilində dünya bazarında ərzaq qıtlığından silah kimi istifadə etmək cəhdidir. Rusiya ərzaq qiymətlərindən silah kimi istifadə edir. Bu vəziyyət Atlantik okeanı sahillərindən olan Afrikadan Cənub-Şərqi Asiyaya regionlara təsir edir. Bu, təhlükənin miqyasıdır", -deyə Zelenski qeyd edib.

Qara dəniz taxıl təşəbbüsünü və “Ukraynadan taxıl” proqramını dəstəkləyən liderlərə təşəkkürünü bildirən Zelenski Ukrayna ərzaq məhsullarının Əlcəzair və İspaniyadan İndoneziya və Çinə daşınmasının vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr