İngiltərə kralının taxta çıxdıqdan sonra Fransaya ilk rəsmi səfəri

Xatırladaq ki, Kral III Çarlzın martın 26-29 tarixlərinə Fransanın müxtəlif şəhərlərinə planlaşdırdığı səfəri o vaxt ölkədə şiddətlənən etirazlar səbəbindən təxirə salınmışdı

2040124
İngiltərə kralının taxta çıxdıqdan sonra Fransaya ilk rəsmi səfəri

 

  İngiltərə kralı III Çarlz taxta çıxdıqdan sonra ilk dəfə Fransaya rəsmi səfər edib.

  Dövlət səfəri çərçivəsində xanımı Kraliça Kamilla ilə birlikdə Fransanın paytaxtı Parisə gedən Kral III Çarlzı Orli hava limanında Fransanın baş naziri Elizabet Borne qarşılayıb.

  Kral III Çarlz və xanımı Kamilla Parisin ən məşhur küçəsi olan Yelisey meydanında yerləşən Zəfər tağında Fransa prezidenti Emmanuel Makron, xanımı Bricit Makron və Fransanın müdafiə naziri Sebastien Lekornu tərəfindən qarşılanıb.

  Kral III Çarlz və Makron Yelisey sarayına eyni avtomobillə gediblər.

  İngiltərə kralı və Fransa prezidenti ikitərəfli görüş zamanı iqlim, biomüxtəliflik, süni intellekt, eləcə də Sahel və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

  Görüşdən sonra Kral III Çarlz Emmanuel Makronun Versal sarayında onun üçün verdiyi rəsmi şam yeməyində iştirak edib.

  Fransaya 3 günlük səfəri çərçivəsində Karl II Çarlz sentyabrın 21-də Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edəcək, daha sonra bərpa işlərinin davam etdiyi Notr-Dam Katedralına baş çəkəcək. İngiltərə kralı sentyabrın 22-də ölkənin cənubundakı Bordo şəhərinə gedəcək və orada fransız və ingilis əsgərləri ilə görüşəcək.

  Xatırladaq ki, Kral III Çarlzın martın 26-29 tarixlərinə Fransanın müxtəlif şəhərlərinə planlaşdırdığı səfəri o vaxt ölkədə şiddətlənən etirazlar səbəbindən təxirə salınmışdı.



Әlaqәli Xәbәrlәr