Liviya Milli Birlik Hökuməti seldən zərər çəkmiş bölgələrə dair açıqlama verib

Liviya Milli Birlik Hökuməti ölkənin şərqində seldən zərər çəkmiş bölgələrdə infrastrukturun 70 faizinin və təhsil müəssisələrinin 95 faizinin zədələndiyini açıqlayıb.

2039215
Liviya Milli Birlik Hökuməti seldən zərər çəkmiş bölgələrə dair açıqlama verib

Liviya Milli Birlik Hökuməti ölkənin şərqində seldən zərər çəkmiş bölgələrdə infrastrukturun 70 faizinin və təhsil müəssisələrinin 95 faizinin zədələndiyini açıqlayıb.

Milli Birlik Hökuməti yanında Nəqliyyat Nazirliyinin Yollar və Körpülər İdarəsinin Fövqəladə Hallar Xidmətinin rəhbəri Hüseyn Süveydanın "Facebook" sosial şəbəkəsində “Hökumətimiz” adlı səhifəsində paylaşım edilib.

Ölkənin şərqində seldən zərər çəkmiş bölgələrdə infrastrukturun 70 faizinin zədələndiyini bildirən Süveydan Dernede 6, şərqdə isə 5 şəhərdə olmaqla 11 körpünün dağıldığını bildirib.

Süveydan şərqdəki şəhər və kəndlərdə yeraltı su borularının 80 faizinin məhv olduğunu, yolların isə 50 faizinin xarab olduğunu qeyd edib.

Süveydan bildirib ki, Yollar və Körpülər İdarəsi ölkənin şərqində seldən təsirlənən bütün bölgələrdə alternativ yolların açılması üçün bütün işləri başa çatdırıb.

Milli Birlik Hökumətinin təhsil naziri Musa Muqaryif paytaxt Tripolidə keçirdiyi mətbuat konfransında seldən zərər çəkmiş bölgələrdəki təhsil müəssisələrinin 95 faizinin zərər gördüyünü bildirib.

Məktəblərin bazar günü (24 sentyabr) günündən etibarən açılacağını qeyd edən Muqaryif daşqın bölgəsindən olan şagirdlərin Benqazidəki 17 məktəbdə təhsillərini davam etdirəcəklərini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 10-da Mərkəzi Aralıq dənizində, Liviyanın şərqində təsirli olan "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derne şəhərlərində daşqınlara səbəb olub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) hesabatında daşqınlar nəticəsində 3 min 958 nəfərin həyatını itirdiyi, 9 mindən çox insanın isə itkin düşdüyü bildirilib.



Әlaqәli Xәbәrlәr