BMT Liviyada baş verən sel fəlakətində ölənlərin sayını açıqladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Liviyada baş verən sel fəlakətində 3 min 958 adamın həyatını itirdiyini bildirib.

2039146
BMT Liviyada baş verən sel fəlakətində ölənlərin sayını açıqladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Liviyada baş verən sel fəlakətində 3 min 958 adamın həyatını itirdiyini bildirib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Liviyada baş verən sel fəlakəti ilə bağlı sentyabrın 16-da açıqladığı hesabatda 11 min 300 olaraq elan etdiyi ölənlərin sayını 3 min 958-ə yeniləyib.

OCHA-nın yeni hesabatında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) əsaslanaraq paylaşılan məlumatlara görə, Liviyanın şərqində baş verən sel fəlakəti nəticəsində 3 min 958 adamın həyatını itirdiyi, 9 mindən çox insanın isə itkin düşdüyü ifadə edilib.

Axtarış-xilasetmə işlərinin davam etdirildiyi və bu rəqəmlərin artacağının istisna olmadığı bildirilib.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, ölkənin şimal-şərqində 40 mindən çox insan köçüb.

Açıqlamada seldən ən çox təsirlənən Derne şəhəri kimi yerlərdə giriş məhdudiyyətləri səbəbiylə məhdud məlumatların toplana biləcəyi və köçkünlərin sayının daha çox olacağının gözlənildiyi bildirilib.

Dərnə şəhərində ən az 30 min insan köçüb.

BMT-nin Uşaq Fonduna (UNICEF) əsaslanan məlumatlarda Liviyada daşqından təsirlənən təxminən 300 min uşağın ishal, vəba və qida çatışmazlığı riski ilə yanaşı, zorakılıq və sui-istifadə riski ilə qarşı-qarşıya olduğu qeyd edilib.

Xatırladaq ki, daşqından sonra BMT-nin Mərkəzi Fövqəladə Hallar Fondundan (CERF) Liviya üçün təcili olaraq 10 milyon dollar ayrılıb, daha sonra 71,4 milyon dollarlıq “təcili yardım” çağırışı edilib.

Bildirilib ki, Liviyada 884 min nəfərin ehtiyacı var və onlardan 250 min nəfərinin təcili ehtiyacının ödənilməsi hədəflənib.



Әlaqәli Xәbәrlәr