ABŞ-ın qəzaya uğrayan “F-35”inin qalıqları tapıldı

Səlahiyyətlilər Cənubi Karolinadakı Çarlston Beynəlxalq Hava Limanına 2 saatlıq məsafədə kənd ərazisində tapılan qalıqların itən təyyarəyə aid olduğunu müəyyən edib

2039324
ABŞ-ın qəzaya uğrayan “F-35”inin qalıqları tapıldı

 

  Amerika Birləşmiş Ştatlarında qəzaya uğrayan “F-35” dəniz piyadası təyyarəsinin qalıqları tapılıb.

  Səlahiyyətlilər Cənubi Karolinadakı Çarlston Beynəlxalq Hava Limanına 2 saatlıq məsafədə kənd ərazisində tapılan qalıqların itən təyyarəyə aid olduğunu müəyyən edib.

  Hazırda qəza araşdırılır, istintaq gedir.

  Xatırladaq ki, ABŞ-ın Respublikaçı millət vəkili Nensi Meys sosial media platforması “X”də təyyarənin yoxa çıxmasını tənqid edərək demişdi: "F-35”i necə itirə bilərsiniz? Necə ola bilər ki, təyyarədə heç bir izləmə cihazı olmasın və onun tapılmasını camaatdan xahiş edək? Bu, gülüncdür".

  “F-35” təyyarəsinin qəzaya uğramasından sonra dəniz piyadaları komandirinin müavini Erik Smit ABŞ daxilində və xaricindəki aviasiya birliklərində bütün uçuşların 2 gün müddətinə dayandırıldığını bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr