BMT Liviyaya maliyyә yardımı göstәrәcәk

Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviya üçün 10 milyon dollar vəsait ayırdığını açıqlayıb.

2037626
BMT Liviyaya maliyyә yardımı göstәrәcәk

Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviya üçün 10 milyon dollar vəsait ayırdığını açıqlayıb.

Bu barədə BMT baş katibinin humanitar yardım və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits bildirib.

Martin Qriffits deyib: "Bütün məhəllələr xəritədən silinib. Minlərlə insan ölüb, on minlərlə insan  evsiz qalıb və daha bir çoxunun taleyi məlum deyil".

Liviyalılara yardım və dəstək vermək üçün mübarizə apardıqlarını ifadə edən Qriffits  axtarış-xilasetmə qrupları, həkimlər və yardım materialları göndərərək dərhal hərəkətə keçən Liviyanın qonşularına və digər ölkələrə təşəkkür edib.

BMT-nin bölgədə aparılan işlərə dəstək verdiyini ifadə edən Martin Qriffits BMT-nin fövqəladə fondundan bu işlər üçün 10 milyon dollar  vəsait ayırdıqlarını deyib.


Etiketlәr: #yardım , #daşqınlar , #Liviya , #BMT

Әlaqәli Xәbәrlәr