Volodimir Zelenski:''Şərqi Avropada Ukrayna ordusu qədər güclü ordu yoxdur''

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqı (Aİ) ilə ortaq dəyərləri müdafiə etməyə hazır güclü orduya malik olduğunu açıqlayıb.

2036557

Ukrayna Prezident ofisindən verilən yazılı açıqlamaya görə, Volodimir Zelenski videokonfrans vasitəsilə Hollandiyada universitet tələbələrinə müraciət edib.
Ukraynanın Aİ-yə daxil olmasının ədalətli qərar və təhlükəsizlik baxımından bütün Aİ-yə üzv ölkələr üçün qazanc olacağını deyən Zelenski, hazırda Şərqi Avropada Ukrayna ordusu qədər güclü ordu olmadığını qeyd edib.
Volodimir Zelenski deyib: "Aİ ilə ortaq dəyərləri müdafiə etməyə hazır güclü ordumuz var. Ukrayna bu gün dünyanı və bu dəyərləri müdafiə etdiyi kimi, bundan sonra da  müdafiə etməyə davam edəcək".

Әlaqәli Xәbәrlәr