Vladimir Putin Kim Çen Inla görüşüb

Rusiya prezidenti Vladimir Putin ölkəsinə səfər edən Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

2036850
Vladimir Putin  Kim Çen Inla görüşüb

Rusiya prezidenti Vladimir Putin ölkəsinə səfər edən Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

Kremldən verilən açıqlamaya görə, Putin və Kim Rusiyanın Amur bölgəsindəki Vostonçnıy kosmodromunda görüşüb.

Kosmodromda Putin tərəfindən qarşılanan Kim gərgin iş qrafikinə baxmayaraq, onu Rusiyaya dəvət etdiyi üçün Putinə təşəkkür edib.

Dövlət başçıları kosmodromdakı obyektlərə baş çəkib, “Anqara” kosmik raket kompleksinin daşıyıcı aparatının montaj sexinə, “Soyuz-2” kosmik gəmisinin buraxılış kompleksinə və “Anqara” aparatı üçün tikilməkdə olan buraxılış kompleksinə baxıblar.
Liderlər daha sonra danışıqlar aparıb.



Әlaqәli Xәbәrlәr