Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (UNİCEF) və Dünya Bankı birgə “Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar” adlı hesabat hazırlayıb

2036859
Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar

 

  Yer üzündə uşaq əhalisinin təxminən 6-da birini təşkil edən 333 milyon uşaq həddindən artıq yoxsulluq şəraitində yaşayır.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (UNİCEF) və Dünya Bankı birgə “Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar” adlı hesabat hazırlayıb.

  Hesabatda gündə 2,15 ABŞ dolları limitinin altında yaşayan və ifrat yoxsulluqda olan uşaqların sayının 2013-cü ildən 2022-ci ilə qədər 13 faiz azalaraq 383 milyondan 333 milyona düşdüyünə və bu rəqəmin hədəfdən çox olduğuna diqqət çəkilib.

  Uşaq yoxsulluğunun ən böyük yükünü Saxara Afrika bölgəsi daşıyır. Dünyadakı həddindən artıq yoxsul uşaqların 40 faizi bu bölgədədir. 2013-cü ildə 54,8 faiz olan bu bölgədə uşaq yoxsulluğu nisbəti 2022-ci ildə 71,1 faizə yüksəlib.

  UNİCEF və Dünya Bankı hökumətləri və təşkilatları uşaq yoxsulluğuna son qoymaq üçün bu məsələni prioritetləşdirməyə çağırıb.



Әlaqәli Xәbәrlәr