Avropa Parlamenti deputatlarının sayını artırmaq qərarı verdi

Qərar AP Baş Assambleyasında keçirilən səsvermədə qəbul edilib

2037042
Avropa Parlamenti deputatlarının sayını artırmaq qərarı verdi

 

  Avropa Parlamentində (AP) yerlərin sayı 705-dən 720-yə qaldırılıb.

  AP Baş Assambleyasında keçirilən səsvermədə Avropa İttifaqı Şurasının 2019-cu ildəki son seçkidən sonra demoqrafik dəyişikliklərə əsasən AP-dəki millət vəkillərinin sayının 705-dən 720-yə yüksəldilməsi qərarı qəbul edilib.

  Müvafiq olaraq, 27 Avropa İttifaqı ölkəsindən 12-nin deputatlarının sayı artırılıb.

  Fransa, İspaniya və Hollandiya hərəyə iki, Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Latviya, İrlandiya və Danimarka isə hərəyə bir deputat göndərəcək.

  AP-nin 5 illik səlahiyyət müddəti üçün seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.



Әlaqәli Xәbәrlәr