Olaf Şolts G20 sammitindən sonra bəyanatlar verib

Almaniya kansleri Olaf Şolts G20-yə üzv ölkələrin bir daha nüvə silahından istifadəyə qarşı olduqlarını açıq şəkildə ifadə etdikləri üçün məmnun olduğunu ifadə edib.

2035512

Olaf Şolts Hindistanda keçirilən G-20 liderlərinin sammitindən sonra  təşkil etdiyi mətbuat konfransında Ukrayna məsələsini qiymətləndirib.
“Mən şadam ki, G20-yə üzv ölkələr bir daha nüvə silahından istifadəyə qarşı olduqlarını açıq şəkildə ifadə etdilər'',-deyə Almaniya kansleri vurğulayıb.
Olaş Şolts qeyd edib ki, Avropa, Amerika, Asiya və Afrika ölkələrinin yeni birliyi var.
"Hesab edirəm ki, bu sammitdə əldə olunan çox yaxşı nəticələrdən biridir. Bu əməkdaşlıq dünya ictimaiyyətinin Rusiya siyasətinin zorakılıq prinsiplərini düzgün hesab etmədiyini və bunu qəbul etmək məcburiyyətində qaldığını göstərib'',-deyə Olaf Şolts vurğulayıb.

Әlaqәli Xәbәrlәr