Almaniyanın XİN rәhbәri Kiyevә sәfәr edib

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Ukraynanın paytaxtı Kiyevə səfər edib.

2035550
Almaniyanın XİN rәhbәri Kiyevә sәfәr edib

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Ukraynanın paytaxtı Kiyevə səfər edib.
ABŞ-ın Nyu York şəhərində keçiriləcək BMT Baş Assambleyasının iclasından əvvəl ölkəsinin Ukraynaya dəstəyini nümayiş etdirmək üçün Kiyevə gedən Annalena Baerbokun səfəri barədə məlumat təhlükəsizlik baxımından daha əvvəldən elan edilməyib. 
Annalena Baerbok verdiyi açıqlamada Rusiyanın  Ukraynaya müharibə elan etməsindən 565 gün keçdiyini bildirib.
"Hər gün yeni bir dəhşət yaşanır. Bu, Ukrayna xalqının yaşadığı vəhşi reallıqdır",-deyə Annalena Baerbok qeyd edib.
Annalena Baerbok bildirilib ki, Ukrayna Avropanın azadlığını böyük cəsarət və qətiyyətlə müdafiə edir. Almaniya Ukraynaya iqtisadi, hərbi və humanitar dəstək verməkdən vaz keçməyəcək.
A.Baerbok Rusiya prezidenti Vladimir Putinin Ukraynada "dəhşətli terror törətdiyini" ifadə edərək Putinin bu məqsədlə Ukraynadakı gündəlik həyatı və mülki obyektləri hədəf aldığını, xalqı ruhdan salmaq istədiyini vurğulayıb.
Baerbok bildirib ki, Rusiya öz bombaları ilə təkcə Ukraynada insanları öldürməyib, həm də minlərlə ukraynalı uşağın gələcəyini oğurlayıb.
Məlumata görə, bu, Ukraynada müharibə başlayandan bu günə qədər Almaniya XİN rəhbərinin ölkəyə dördüncü səfəridir.



Әlaqәli Xәbәrlәr