Braziliyada tropik qasırğada ölənlərin sayı 40-a çatıb

Braziliyanın cənub bölgəsində ötən həftənin sonundan davam edən tropik qasırğada həyatını itirənlərin sayı 40-a çatıb.

2034526
Braziliyada tropik qasırğada ölənlərin sayı 40-a çatıb

Braziliyanın cənub bölgəsində ötən həftənin sonundan davam edən tropik qasırğada həyatını itirənlərin sayı 40-a çatıb.

Vilayət qubernatoru Eduardo Leite keçirdiyi mətbuat konfransında axtarış-xilasetmə işlərinin davam etdiyini, ölənlərin sayının arta biləcəyini bildirib.

Həftə sonundan tropik qasırğanın səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda 900-dən çox sakinin olduğu Rio Grande do Sul bölgəsində axtarış-xilasetmə işləri davam edir.

Fəlakət bölgəsinə baxış keçirən qubernator qeyd edib ki, 9 nəfər itkin düşüb.

Rio Qrande do Sul regionunda 67 şəhərin fırtına və daşqınlardan zərər çəkdiyi, 1 650 nəfərin evsiz qaldığı, 3 000-dən çox insanın isə müvəqqəti olaraq təhlükəsiz ərazilərə göndərildiyi bildirilir.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib və insanlara kömək etmək üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, Braziliyada ilin əvvəlindən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində çoxlu insan həyatını itirib, minlərlə insan evsiz qalıb.



Әlaqәli Xәbәrlәr