Oliver Varheyli Türkiyeyә sәfәr edәcәk

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyi əməkdaşlıq danışıqları ilә әlaqәdar Türkiyeyə səfər edəcək.

2033500
Oliver Varheyli Türkiyeyә sәfәr edәcәk

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyi əməkdaşlıq danışıqları ilә әlaqәdar Türkiyeyə səfər edəcək.

Avropa İttifaqı Komissiyasından verilənn bəyanata görə, Oliver Varheyli 6-7 sentyabr tarixləri arasında Türkiyenin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə görüşəcək.

Səfər zamanı Türkiye-Avropa İttifaqı əlaqələri ilə yanaşı əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Aİ Komissiyasının bəyanatında, iyun ayında keçirilən Aİ Zirvə toplantısında liderlər Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelə Türkiye ilə münasibətlərin vəziyyəti ilə bağlı hesabat hazırlamağı tapşırıblar.



Әlaqәli Xәbәrlәr