ABŞ İranın uranı zənginləşdirmə prosesinə münasibət bildirib

ABŞ İranın uranı 60 faiz saflığa qədər zənginləşdirməsinin əsaslı və sülh məqsədli səbəbinin olmadığını bildirib.

2033859
ABŞ İranın uranı zənginləşdirmə prosesinə münasibət bildirib

ABŞ İranın uranı 60 faiz saflığa qədər zənginləşdirməsinin əsaslı və sülh məqsədli səbəbinin olmadığını bildirib.

ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel paytaxt Vaşinqtonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İranın 60 faiz saflıqda uranın zənginləşdirilməsi prosesi ilə bağlı sualı cavablandıran Patel deyib:

“İranın 60 faizədək zənginləşdirilmiş uranı istehsal etməsi üçün əsaslı və sülh məqsədli səbəbi yoxdur. İranın dinc məqsədlər üçün yüksək səviyyəli uran istehsal etdiyinə dair açıqlamaları var. Hazırda dünyanın heç bir ölkəsi bu iddialara uyğun olaraq 60 faizə qədər zənginləşdirilmiş urandan istifadə etmir”.

Vedant Patel həmçinin bəyan edib ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarında heç bir irəliləyiş yoxdur.



Әlaqәli Xәbәrlәr