Lamine Zeine: "ECOWAS ilə bir neçə günə razılığa gələ bilərik"

Nigerdəki keçid hökumətinin Baş naziri Lamine Zeine bir neçə gün ərzində Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə razılığa gələ biləcəklərini bildirib.

2033035

Baş nazir Zeinə paytaxt Niameydə mətbuat konfransı keçirib.

ECOWAS-ın Nigerə mümkün hərbi müdaxiləsi ilə bağlı Zeine "ECOWAS ilə danışıqları dayandırmadıq, proses davam edir. İnanıram ki, bir neçə gün ərzində razılığa gələcəyik" deyib.

Buna baxmayaraq Zeinə hər an hücum olacaq kimi hazır olduqlarını əlavə edib.

Nigerdə ​​yerləşdirilən fransız əsgərlərinin ölkədə “qanunsuz mövqe”də olduğuna diqqət çəkən Zeine Nigerdəki hərbi idarənin Fransa əsgərlərinin ölkədə olmasına icazə verən müqavilələri artıq ləğv etdiyini xatırladıb.

Baş nazir Zeinə Fransa əsgərlərinin sürətlə geri çəkilməsini təmin etmək üçün danışıqların davam etdiyini bildirib:

“Bizi maraqlandıran, mümkünsə, çox şey paylaşdığımız bir ölkə (Fransa) ilə əməkdaşlığı davam etdirməkdir”. 

“Persona non qrata” elan edilməsinə baxmayaraq ölkəni tərk etməyən Fransanın Niameydəki səfiri Sylvain İttenin durumundan danışan Zeine İttenin diplomat kimi özünü aparmadığını bildirib.

Zeinə bir daha vurğulayıb ki, səfir İtte mümkün qədər tez ölkəni tərk etməlidir.

Әlaqәli Xәbәrlәr