İspaniyanın Kanar adalarına 550 qeyri-qanuni miqrant gəlib

İspaniyanın cənub-qərbindəki Kanar adalarına son 24 saatda 4 qayıqla ümumilikdə 550 qeyri-qanuni miqrantın gəldiyi bildirilib.

2032990
İspaniyanın Kanar adalarına 550 qeyri-qanuni miqrant gəlib

İspaniyanın cənub-qərbindəki Kanar adalarına son 24 saatda 4 qayıqla ümumilikdə 550 qeyri-qanuni miqrantın gəldiyi bildirilib.
Sahil Mühafizəsi tərəfindən mətbuata verilən məlumatda Şimali Afrika sahillərindən 187, 164, 134 və 65 qanunsuz miqrantın olduğu qayıqların son 24 saatda Kanar adalarına bağlı Tenerife və Böyük Kanara çatdığı bildirilib.

Qadın və uşaqların da olduğu qeyri-qanuni miqrantların sağlamlıq vəziyyətinin ümumilikdə yaxşı olduğu, 2 nəfərin xəstəxanaya çatdırıldığı qeyd edilib.

Qeyd edək ki, İspaniya Daxili İşlər Nazirliyinin məlumatlarına görə, 1 yanvar - 31 avqust tarixləri arasında Kanar adalarına 11 min 459 qeyri-qanuni miqrant gəlib.

Təkcə avqust ayında Kanar adalarına 3000-ə yaxın qeyri-qanuni miqrant gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.



Әlaqәli Xәbәrlәr