Olaf Şolts: ''Almaniyada nüvə enerjisindən istifadə edilməyəcək''

Almaniya kansleri Olaf Şolts ölkəsinin artıq nüvə enerjisindən istifadə etməyəcəyini bildirib.

2032683
Olaf Şolts: ''Almaniyada nüvə enerjisindən istifadə edilməyəcək''

Almaniya kansleri Olaf Şolts ölkəsinin artıq nüvə enerjisindən istifadə etməyəcəyini bildirib.
''Deutschlandfunk'' radio kanalına müsahibə verən Olaf Şolts nüvə enerjisinə qayıtmaq məsələsinə toxunaraq deyib:"Almaniyada bundan sonra nüvə enerjisindən istifadə edilməyəcək".
Nüvə enerjisinindən istifadənin dayandırılması ilə bağlı qərarın illər əvvəl qəbul olunduğunu ifadə edən Olaf Şolts deyib:"Qanun mərhələli şəkildə ləğv edildi. Əgər yeni atom elektrik stansiyaları qurmaq istəyirsinizsə, 15 il çəkəcək və hər biri üçün 15-20 milyard avro xərcləməli olacaqsınız''.
Atom elektrik stansiyalarının sökülməsinin sözügedən enerjinin istifadəsinin sona çatması ilə başladığını ifadə edən Şolts bildirib ki,  bərpa olunan enerjilərin genişləndirilməsi ilə elektrik enerjisinə olan ehtiyacımızın 80 faizini və qısa müddət sonra da lazımi ehtiyacın tamamını ödəmək istəyirik. Hazırda bu yolu izləyirik''.



Әlaqәli Xәbәrlәr