Tramp ittihamları rədd edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə Corciya ştatında keçirilən prezident seçkilərinə müdaxilə ilə bağlı ittihamları rədd edib.

2031807
Tramp ittihamları rədd edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə Corciya ştatında keçirilən prezident seçkilərinə müdaxilə ilə bağlı ittihamları rədd edib.

Vəkil Stiven Sadounun Atlanta Ali Məhkəməsinə təqdim etdiyi ərizədə Trampın təqsirli olmadığı elan edilib.

Məhkəməyə təqdim edilən iki səhifəlik dosyedə “Bununla rəsmi məhkəmədən imtina edirəm və bu işdə irəli sürülən ittihamlara görə günahkar olmadığımı bildirirəm” deyilib.

Müvafiq ərizə ilə Tramp gələn həftə keçiriləcək ilkin dinləmədə iştirak hüququndan da imtina edib.

Qeyd edək ki, Donald Tramp avqustun 15-də Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrinə müdaxilə ittihamı ilə Atlanta Böyük Münsiflər Heyəti tərəfindən ittiham edilib və avqustun 24-də ittiham aktı çərçivəsində təslim olub.

Bu iş çərçivəsində 200 min dollar girov ödəyən Trampın təslim olduğu zaman həbs dosyesi üçün ilk dəfə cinayət fotoşəkili çəkilib.

Tramp tarixə kriminal foto çəkdirən ilk Amerika prezidenti kimi düşüb.

Donald Tramp avqustun 24-də təslim olduqdan sonra namizədliyi üçün 7,1 milyon dollardan çox pul toplayıb.



Әlaqәli Xәbәrlәr