Quterreş: "Ukraynada sülhü yaxın gələcəkdə mümkün görmürəm"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ukraynada sülhün yaxın gələcəkdə mümkün görünmədiyinə diqqət çəkib.

2031755
Quterreş: "Ukraynada sülhü yaxın gələcəkdə mümkün görmürəm"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ukraynada sülhün yaxın gələcəkdə mümkün görünmədiyinə diqqət çəkib.

Quterreş BMT-nin Nyu-Yorkdakı binasında verdiyi açıqlamada sentyabr ayının "çoxtərəfli diplomatiya ayı" olacağını bildirərək, Keniyada keçiriləcək Afrika İqlim Sammitində, İndoneziyadakı Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) - BMT-nin sammitində, Hindistanda keçiriləcək G20 Zirvəsi və Kubada keçiriləcək Çin-G77 Zirvəsinə qatılacağını açıqlayıb.

BMT Baş Assambleyasının 78-ci iclasının Nyu-Yorkda keçiriləcəyini xatırladan Quterreş Ukraynada sülhlə bağlı böyük bir inkişaf gözləmədiyini bildirərək deyib ki, ümid heç vaxt bitmir, amma yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması mümkün görünmür. Əksinə inanıram desəm, yalan danışaram.

Bu səbəbdən də BMT-nin baş katibi Ukraynadakı müharibənin mənfi təsirlərinin azaldılmasının vacib olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr