Panama-Kolumbiya sərhədində qeyri-qanuni miqrantların marşrutu

Cari il Panama və Kolumbiya sərhədini birləşdirən Darien Gapdan 331 min 213 qeyri-qanuni miqrant keçib.

2031893
Panama-Kolumbiya sərhədində qeyri-qanuni miqrantların marşrutu

Cari il Panama və Kolumbiya sərhədini birləşdirən Darien Gapdan 331 min 213 qeyri-qanuni miqrant keçib.

Milli Miqrasiya Xidmətinin və Panama İctimai Təhlükəsizlik Nazirliyinin statistikasına görə, görülən tədbirlərə baxmayaraq, miqrantların Darien Qapından keçidi rekord həddə çatıb.

İlin əvvəlindən bu yana 266 kilometrlik Darien Gap vasitəsilə 331 min 213 qeyri-qanuni miqrantın Panamaya çatdığını bildirən miqrasiya xidməti bu şəxslərin Mərkəzi Amerika ölkələrindən keçərək əvvəlcə Meksikaya, sonra isə ABŞ-a keçməyi hədəflədiklərini açıqlayıb.

Təkcə avqust ayında Kolumbiyadan Panamaya qeyri-qanuni yollarla 79 455 nəfərin keçdiyini xatırladan miqrasiya xidməti onlardan 18 184 nəfərinin uşaq olduğunu açıqlayıb.

Mühacirlərin 199 363 nəfərinin Venesueladan olduğunu vurğulayan miqrasiya xidməti 43 296 nəfərin Ekvadordan, 35 658 nəfərin Haitidən, 11 044 nəfərin Kolumbiyadan, 3 476 nəfərin Hindistandan, 694 nəfəri Kubadan və 46 nəfərin Dominikadan olduğunu qeyd edib.

Panama hökuməti ölkəsinə qeyri-qanuni yollarla daxil olan mühacirlərin Kolumbiyanın şimalından gəldiyini açıqlayıb və qonşu ölkə Kolumbiyanı lazımi tədbir görməməkdə günahlandırıb.

Birləşmiş Millətlər Təşkilatı aprelin 14-də verdiyi açıqlamada Panama-Kolumbiya sərhədində qeyri-qanuni miqrantların marşrutu olan Darien Qapını keçməyə çalışan qeyri-qanuni miqrantların sayının bu il 400 minə çata biləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr