ECOWAS Niger üsyançılarına doqquz aylıq keçid dövrü təklif edib

Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sədri, Nigeriya Prezidenti Bola Tinubu Nigerdəki üsyançılara 9 aylıq keçid dövrü təklif edib.

2031597
ECOWAS Niger üsyançılarına doqquz aylıq keçid dövrü təklif edib

Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sədri, Nigeri prezidenti Bola Tinubu Nigerdəki üsyançılara 9 aylıq keçid dövrü təklif edib.

Tinubu bildirib ki, ECOWAS-ın Nigerə qarşı sanksiyaları ölkədə hakimiyyəti ələ keçirmiş hərbçilərdən “müsbət korrektələr” olmadan yumşaldılmayacaq.

Nigerin 1999-cu ildə hərbi dövlət başçısının başlatdığı 9 aylıq keçid dövründən sonra mülki idarəçiliyə qayıtdığını xatırladan Tinubu "Nigerin hərbi səlahiyyətliləri səmimidirsə, bunun ölkədə təkrarlanmaması üçün heç bir səbəb görmürəm" deyib.

Qeyd edək ki, Nigerin hərbi rəhbərliyi üç illik keçid dövrü təklif etmişdi, sonra ölkədə konstitusiya təsisatları bərpa olunacaqdı. ECOWAS bunu rədd etdi. Eyni zamanda, Əlcəzair Nigerdə vəziyyəti sabitləşdirmək və ölkəni konstitusiya quruluşuna qaytarmaq üçün altı bənddən ibarət plan açıqlayıb. Bu plan digər məsələlərlə yanaşı, mülki şəxsin rəhbərlik etdiyi altı aylıq keçid dövrünü nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr