Ukraynada iki hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Ukraynanın Donetsk vilayətində hərbi aviasiyaya məxsus iki ''Mi-8'' tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.

2031419
Ukraynada iki hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Ukraynanın Donetsk vilayətində hərbi aviasiyaya məxsus iki ''Mi-8'' tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.
Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşunlarının mətbuat xidmətinin rəhbəri İlya Yevlas Ukrayna Milli Xəbər Agentliyinə (UNN) veriyi müsahibədə bildirib ki, Donetsk vilayətinin Kramatorsk şəhərində 2 hərbi helikopter qəzaya uğrayıb.
Helikopterlərin döyüş vəzifəsini yerinə yetirərkən qəzaya uğradığına diqqət çəkən İlya Yevlaş deyib:
"Onlar Kramatorsk ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmənin Su-35 təyyarəsi havaya qalxıb və düşmən təyyarəsinin hədəfinə çevrilməmək üçün yerə enməli olub. Həmin vaxt baş verənlər komissiya tərəfindən araşdırılır. Faktla bağlı araşdırma aparılır''.
İlya Yevlaş qəzada 6 pilotun həlak olduğunu qeyd edib.
Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, qəza avqustun 29-da baş verib.



Әlaqәli Xәbәrlәr