“İdalia” qasırğası Florida sahillərinə çatıb

Atlantik okeanında yaranan “İdalia” qasırğası ABŞ-ın Florida sahillərinə çatıb.

2031124
“İdalia” qasırğası Florida sahillərinə çatıb

Atlantik okeanında yaranan “İdalia” qasırğası ABŞ-ın Florida sahillərinə çatıb.

Bu barədə Milli Qasırğalara Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə,  3-cü kateqoriyalı həddindən artıq şiddətli “İdalia” qasırğası Floridanın Biq Bend sahillərini vurub.

Küləyin maksimal sürətinin 300 km/saata çatdığı qeyd olunur.

Səhər saatlarından etibarən 3-cü kateqoriya şiddəti ilə ştatda təsirini göstərən "İdalia" qasırğası bölgədə geniş miqyaslı elektrik kəsilməsinə, küçələri su basmasına, hava limanlarının bağlanmasına və uçuşların ləğvinə səbəb olub.

Davamlı küləklərin təsiri ilə dalğa uzunluğunun 3 metrə yaxınlaşması ilə Tampa və Fort Myers kimi sahil bölgələrində küçələri basan suyun səviyyəsinin sürətlə yüksəldiyi məlumatı paylaşılıb.

Florida qubernatoru Ron DeSantis verdiyi açıqlamada "İdalia" qasırğasının "təxmin ediləndən çox dağıntıya səbəb ola biləcəyi" və təsir sahəsinin xəritələrdə göstərilən ərazilərdən kənara çıxa biləcəyi barədə xəbərdarlıq edib.

Pinellas Rayonu Fövqəladə Hallar İdarəetmə müdiri keti Perkins də vətəndaşlara "rayonda yüksək səviyyədə qabarma və çəkilmənin baş verəcəyi" barədə xəbərdarlıq etdi.

Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, “İdalia” qasırğasından qaynaqlanan güclü və davamlı küləklər Corciya ştatına tərəf irəliləyir.

Xatırladaq ki, bundan əvvəl Florida ştatının qubernatoru Ron Desantis qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib.



Әlaqәli Xәbәrlәr