Vaşinqtonu qorumaq üçün süni intellekt monitorinq sistemi

Bu barədə hava hücumundan müdafiə sistemləri proqramlarına nəzarət edən ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Kertis Engelson bildirib

2030221
Vaşinqtonu qorumaq üçün süni intellekt monitorinq sistemi

 

  ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun hava məkanına nəzarət etmək üçün süni intellektdən istifadə edəcək monitorinq sistemi quraşdıracaq. Bu barədə hava hücumundan müdafiə sistemləri proqramlarına nəzarət edən ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Kertis Engelson bildirib, o deyib: “Söhbət paytaxt regionunun inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi Vaşinqton ətrafında idarə olunan hava məkanına nəzarət edən və qoruyan müasir müşahidə, identifikasiya və izləmə sistemindən gedir. Kompleksdə qabaqcıl kameralar və göz üçün təhlükəsiz lazer monitorinq sistemi istifadə olunur. Təkmilləşdirilmiş sistemin göstəriciləri əvvəlki versiyadan 10 dəfə yüksəkdir. Bu kompleks ABŞ Müdafiə Nazirliyinin cavabdeh olduğu digər obyektlərin təhlükəsizliyini təmin etmək üçün də istifadə oluna bilər”.

  Qeyd edək ki, 100 milyon dollar dəyərində qiymətləndirilən sistemin tətbiqinə bu ildən başlanılacaq.



Әlaqәli Xәbәrlәr