İtaliya daşqınlar, torpaq sürüşməsi və yanğınlarla mübarizə aparır

İtaliyanın şimal bölgələrində yağan yağış və fırtına daşqınlara səbəb olub.

2030536
İtaliya daşqınlar, torpaq sürüşməsi və yanğınlarla mübarizə aparır

İtaliyanın şimal bölgələrində yağan yağış və fırtına daşqınlara səbəb olub.Ölkənin cənubundakı Siciliya adası isə meşə yanğınları ilə mübarizə aparır.
Yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, ölkənin şimalında  soyuq və yağışlı hava şəraiti hökm sürür.
Xüsusilə Lombardiya və Piedmont bölgələri başda olmaqla ölkənin bir çox bölgəsində havanın temperaturu aşağı düşüb. Bir çox bölgədə yağan leysan yağışları həyatı iflic edib.
Milan, Genuya və Triestdə yağan leysan  yağışları səbəbindən bəzi küçələri və yeraltı keçidləri su basıb, çox sayda ağac  aşıb.
Şimaldakı bəzi magistral yollar da leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrinə görə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Fransa-İtaliya sərhədinin Fransa tərəfində baş verən torpaq sürüşməsi səbəbindən iki ölkə arasında qatarların hərəkəti də dayandırılıb.
Güclü külək səbəbindən Elba adasına bərə reysləri də dayandırılıb.
Mülki Müdafiə İdarəsi Lombardiyada güclü yağışın bu gün də davam edə biləcəyini proqnozlaşdıraraq  "qırmızı xəbərdarlıq"  elan edib. Şimaldakı  Veneto, Toskana və Friuli Venezia Giulia bölgələrində də ''narıncı xəbərdarlıq'' elan edilib.
Digər tərəfdən, Siciliya adasının qərbindəki müxtəlif nöqtələrdə baş verən yanğınlar da həyatı iflic edib.
Adanın qərbindəki Trapani və Palermo şəhərləri arasındakı ərazidə başlayan yanğınlar nəticəsində  sahildəki bəzi evlər yanıb.
Turistik dənizkənarı Tonnara di Skopello kurortunda istirahət edən 200-ə yaxın turist dəniz yolu ilə xilas edilib.
Qeyd edək ki, yanğınlar nəzarət altına alınıb.



Әlaqәli Xәbәrlәr