"Balkanları vahid region kimi görmək istəyirəm", N.Denkov

O, bu barədə Sloveniyanın Bled şəhərində keçirilən Beynəlxalq Strateji Forumda bildirərək deyib ...

2030206
"Balkanları vahid region kimi görmək istəyirəm", N.Denkov

 

  Bolqarıstanın baş naziri Nikolay Denkov Balkanları vahid region kimi görmək istədiyini açıqlayıb. O, bu barədə Sloveniyanın Bled şəhərində keçirilən Beynəlxalq Strateji Forumda bildirərək deyib: “Bütün Balkan ölkələrinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamasına şad olaram. Balkanlar iqtisadi və coğrafi bölgədir, ümid edirəm ki, bu, siyasi baxımdan da belə olacaq. Avropa İttifaqı sadəcə coğrafi birlik deyil, o, bizi birləşdirən dəyərlərə əsaslanır. Balkan yarımadasının dövlətləri anlamalıdır ki, biz irəli getmək üçün birlikdə olmalıyıq”.

  Qeyd edək ki, Sloveniyada təşkil olunan forum “Qlobal təhlükəsizlik naminə həmrəylik” şüarı altında keçirilir. Tədbirdə Albaniya, Bolqarıstan, Şimali Makedoniya, Serbiya, Sloveniya, Xorvatiya və Monteneqronun dövlət başçıları, çoxsaylı QHT və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən iş adamları və alimlər iştirak edib.



Әlaqәli Xәbәrlәr