Ağ Evin sözçüsü :"Biz Priqojinin təyyarə qəzasında öldüyünə getdikcə daha çox əmin oluruq"

Karine Jan-Pyer "Biz Priqojinin avqustun 23-də baş verən  təyyarə qəzasında öldüyünə getdikcə daha çox əmin oluruq" deyib.

2030439
Ağ Evin sözçüsü :"Biz Priqojinin təyyarə qəzasında öldüyünə getdikcə daha çox əmin oluruq"

''Vaqnerin qurucusu Yevgeni Priqojinin avqustun 23-də baş verən təyyarə qəzasında öldüyünə getdikcə əmin oluruq''.
Bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin təyyarə qəzasında ölümü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Karine Jan-Pyer "Biz Priqojinin avqustun 23-də baş verən  təyyarə qəzasında öldüyünə getdikcə daha çox əmin oluruq" deyib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) avqustun 23-də verdiyi açıqlamada göyərtəsində Priqojinin də olduğu özəl təyyarənin Tverdə qəzaya uğraması nəticəsində 10 nəfərin öldüyü bildirilmişdi.
Açıqlamaya görə, təyyarədəki sərnişinlər arasında həmçinin Priqojinin köməkçisi və Vaqnerin yaradıcılarından Dmitri Utkin və Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeriy Cekalov, Nikolay Matuseyev də olub.

Rusiya İstintaq Komitəsi avqustun 27-də yaydığı bəyanatda Tver vilayətində özəl təyyarənin qəzaya uğraması nəticəsində ölənlər arasında ''Vaqner''in qurucusu Yevgeni Priqojinin də olduğunu təsdiqləyib.



Әlaqәli Xәbәrlәr