Şimali Koreya xaricdə yaşayan vətəndaşların ölkəyə qayıtmasına icazə verdi

Şimali Koreya Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahının yaydığı bəyanatda deyilir ...

2029606
Şimali Koreya xaricdə yaşayan vətəndaşların ölkəyə qayıtmasına icazə verdi

 

  Şimali Koreya hakimiyyəti "Covid-19"la bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar xaricdə yaşayan vətəndaşlarının ölkəyə qayıtmasına qoyulan qadağanı ləğv edib. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

  Şimali Koreya Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahının yaydığı bəyanatda deyilir: “Dünyada pandemiya ilə bağlı vəziyyətin zəifləməsi ilə əlaqədar olaraq, xaricdəki ölkə vətəndaşlarının vətənə qayıtmasına icazə verilir”.

  Xəbərdarlıq edilib ki, qayıdanlar bir həftə tibbi müşahidə üçün təcrid olunacaqlar.

  Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkənin sərhədləri üç ildən çoxdur bağlıdır.



Әlaqәli Xәbәrlәr