Rusiya İstintaq Komitəsi bəyanat yayıb

Rusiya İstintaq Komitəsi Tverdə qəzaya uğrayan təyyarə ilə bağlı təfərrüatlı araşdırmanın davam etdiyi bildirilib.

2029346
Rusiya İstintaq Komitəsi bəyanat yayıb

Rusiya İstintaq Komitəsi Tverdə qəzaya uğrayan təyyarə ilə bağlı bəyanat yayıb.

Bəyanatda qəzanın baş verdiyi ərazidə 10 nəfərin cəsədinin tapıldığı  bildirilib.

Rusiya İstintaq Komitəsi Tverdə qəzaya uğrayan təyyarə ilə bağlı təfərrüatlı araşdırmanın davam etdiyi bildirilib.

Bəyanatda təyyarəyə aid qara qutunun tapıldığı qeyd olunub.

"Hazırda qəzanın bütün hallarını müəyyən etmək üçün vacib olan əşyalar və sənədlər də götürülür, lazımi məhkəmə-tibbi ekspertiza təyin olunacaq. Bütün mümkün variantlar istintaq çərçivəsində diqqətlə yoxlanılacaq”,-deyə Rusiya İtrintaq Komitəsindən verilən bəyanatda bildirilib.

Qəzanın baş verdiyi ərazidə 10 nəfərin cəsədinin tapıldığı və qurbanların şəxsiyyətlərinin müəyyən edilməsi üçün molekulyar genetik testlər aparıldığı qeyd olunub.

Avqustun 23-də Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən verilən açıqlamada "Vaqner"in qurucusu Yevgeni Priqojinin olduğu bildirilən təyyarənin Tverdə qəzaya uğraması nəticəsində 10 nəfərin öldüyü bildirilib.



Әlaqәli Xәbәrlәr