Nigeriyada difteriyadan 26 nәfәr ölüb
Nigeriyanın Bauçi əyalətində difteriya xəstəliyindən 26 nəfər ölüb.
Nigeriyanın Bauçi əyalətində difteriya xəstəliyindən 26 nəfər ölüb.
Nigeriya Milli İlkin Yardım Agentliyinin (NPHCDA) Bauchi üzrə koordinatoru Rilvanu Məhəmməd əyalətdə difteriyanın yayıldığını qeyd edib.
Rilvanu Məhəmməd ölkədə indiyədək 180 difteriyaya yoluxma faktının qeydə alındığını, xəstəlik səbəbindən 26 nəfərin həyatını itirdiyini bildirib.
Difteriyaya yoluxanların əksəriyyətinin peyvənd olunmadığı qeyd edilib.
Bauçi əyalətində difteriya xəstəliyi səbəbindən təhsilə ara verilib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Nigeriyada yanvar-iyul aylarında difteriyadan 122 uşağın öldüyünü açıqlayıb.
Әlaqәli Xәbәrlәr
BMT Qәzzadakı humanitar vәziyyәtlә bağlı xәbәrdarlıq etdi
Gələn ayın ortalarına qədər Qəzzadakı əhalinin yarısının aclıq və ölümlə üzləşəcəyi təxmin edilir.