İsrail qüvvələri Əqsa məscidinə namaz qılmaq üçün gələn fələstinlilərə hücum edib

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidində cümə namazı qılmaq üçün gələnlərə hücum edib.

2029301
İsrail qüvvələri Əqsa məscidinə namaz qılmaq üçün gələn fələstinlilərə hücum edib

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidində cümə namazı qılmaq üçün gələnlərə hücum edib.
On minlərlə fələstinli və əcnəbi müsəlman cümə namazını qılmaq üçün hər həftə olduğu kimi Əqsa məşcidinə  axışıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, İsrail polisi bir nəfərə hücum etdikdən sonra münaqişə yaşanıb.
İsrail qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində bir nəfərin ayağı sınıb. Bildirilib ki, xəsarət alanlar  xəstəxanaya yerləşdirilib.
Fələstinin media orqanları İsrail polisinin bir nəfəri saxladığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr