Donald Tramp qısamüddətli həbsdən sonra zaminə buraxılıb
Tramp Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hakimiyyətə təslim olmaq və seçkilərə müdaxilə işi üzrə rəsmi həbs prosedurundan keçmək üçün Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib.
Donald Tramp həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb.
Trampın girov məbləğinin 200 min dollar təşkil etdiyi, təxminən 20 dəqiqə həbsdə olduğu, orada onun şəklinin də çəkildiyi bildirilib.
Xatırladaq ki, Corciya rəhbərliyi Trampı ştatda 2020-ci ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir. Tramp ölkənin hazırkı prezidenti Cozef Baydenə uduzduğunu inkar edib və bu ştatda səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb