ABŞ ukraynalı pilotlara təlim keçəcək

ABŞ Ukrayna pilotlarına F-16 qırıcı təyyarələrinin təliminə başlayacağını açıqlayıb.

2029152
ABŞ ukraynalı pilotlara təlim keçəcək

ABŞ Ukrayna pilotlarına F-16 qırıcı təyyarələrinin təliminə başlayacağını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder Arizona ştatının Tucson şəhərində ukraynalı pilotlar üçün planlaşdırılan F-16 təlimləri haqqında məlumat verib.

Ukraynalı pilotlara F-16 təlimi keçməyə başlayacaqlarını ifadə edən Rayder bu təlimin "Ukraynanın uzunmüddətli müdafiəsini inkişaf etdirmək və gücləndirmək üçün beynəlxalq səyləri dəstəklədiyini" söyləyib.

Rayder həmçinin bildirib ki, oktyabrda başlaması gözlənilən uçuş təlimindən əvvəl ukraynalı pilotlar Sankt-Peterburqda təlim keçiblər. O, Antonio şəhərindəki Lackland Basedə ingilis dili təhsili alacaqlarını bildirib.

“ABŞ tərəfindən keçilən təlim Avropada davam edən F-16 təlimini tamamlayacaq və Danimarka və Hollandiyanın rəhbərlik etdiyi F-16 təlimlərinə dəstəyimizi daha da artıracaq”, -deyə rayden qeyd edib. 

Xatırladaq ki, Ukraynaya F-16-ların tədarükü üçün Hollandiya və Danimarka başda olmaqla ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.

Danimarka Ukrayna pilotlarının 4 aydan 6 aya qədər davam edəcək təliminin başa çatması ilə ilin sonuna qədər Ukraynaya 19 ədəd F-16 tədarük edəcəyini vəd edib.

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 20-də "Telegram" hesabında etdiyi paylaşımda Hollandiya və Danimarkadan ümumilikdə 61 ədəd F-16 alacaqlarını bildirib.

ABŞ F-16 döyüş təyyarələrini Ukraynaya çatdırmaq üçün Hollandiya və Danimarkaya yaşıl işıq yandırdıqdan sonra Zelenski avqustun 20-də Hollandiyaya, daha sonra Danimarkaya səfər edib.



Әlaqәli Xәbәrlәr