Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini təsdiqlədi

Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşlıq qanununun müasirləşdirilməsi” layihəsi ilə əvvəllər məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ artıq hər kəsə şamil ediləcək

2028362
Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini təsdiqlədi

 

  Almaniyada Nazirlər Şurası hər kəsə ikili vətəndaşlığa icazə verən və Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini təsdiqləyib.

  Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşlıq qanununun müasirləşdirilməsi” layihəsi ilə əvvəllər məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ artıq hər kəsə şamil ediləcək.

  Qanun layihəsi Bundestaqdan (parlamentdən) keçərsə, əcnəbilərin Almaniya vətəndaşlığına qəbulu şərtləri də yüngülləşdiriləcək.

  Müvafiq olaraq, vətəndaşlığa qəbul üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək.

  İşdə və ya təhsildə uğur qazananlar, ölkədə könüllülükdə səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.

  Almaniyanın liberal cəmiyyət dəyərlərinin və qanunlarının qəbulu, sosial müavinətlər olmadan özünü və ailəsini dolandırmaq Almaniya vətəndaşlığını almaq üçün şərtlərdəndir.

  Antisemitizm, irqçilik, ksenofobiya və ya digər qeyri-insani hərəkətlərlə məşğul olanlara Almaniya vətəndaşlığı verilməyəcək.

  Bundan əlavə, çoxarvadlı olanlar və ya konstitusiyada kişi və qadın bərabərliyinə zidd hərəkət edənlər vətəndaşlığa alınmayacaq.



Әlaqәli Xәbәrlәr